22 Sentyabr 2014 10:21
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yol qəzası baş verib.

Şəki rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə bu gecə saat saat 01:30 radələrində, Şəkinin Biləcik kəndi ərazisində baş verib.

Balakəndə keçirilən toy məclisindən qayıdan mikroavtobus qəzaya uğrayıb. Şəki şəhər sakini İlham Ramazanov idarə etdiyi “Mercedes” avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən Biləcik kəndi ərazisində idarə etməni itirib və mikroavtobusu yolun kənarına aşırıb.

Hadisəyə avtobusun qarşısına qəflətən atın çıxması səbəb olub. Mikroavtobusda toydan qayıdan Baltalı kənd sakinləri olublar. Nəticədə sərnişinlərdən 22 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra 18 nəfər ambulator müalicə üçün evə buraxılıb. Yaralılardan nisbətən ağır olan Sədayə Əhmədova, Şakir Cəfərov, Ehtiram Əhmədov və Vüsal Paşayevin müalicəsi xəstəxanada davam etdirilir.

Hacı Zeynalov


Müəllif: