22 Sentyabr 2014 12:32
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nüşabə Hüseynova bıçaqlanıb. O, dərhal Gəncə şəhər Mərkəzi xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda polis əməkdaşları Nüşabə Hüseynovanı bıçaqlayan şəxsi axtarırlar.

Faktla cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: