22 Sentyabr 2014 14:10
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Bədəlan kəndində qeydə alınıb. Rayon sakini Elmar Rəhmətov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Əzimovu vurub. Piyada hadisə yerində ölüb.

Bərdə rayonunun Mirzəxanlı kəndində də ağır yol qəzası baş verib. Bakı şəhər sakini Sərxan Qarayev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Hacı Zeynalov


Müəllif: