Bu gün Bakı Apelyasiya Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Polad Salmanov, Novruz Məmmədov, Telbəyim Salmanova, Elnur Məsimov və Samir Kalovun məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər. Onlar külli miqdarda narkotik vasitəni İrandan Azərbaycana keçirmək istəyiblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Polad Salmanov 13 il, Novruz Məmmədov 13 il, Telbəyim Salmanova 11 il, Elnur Məsimov 7 il və Samir Kalov 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, təqsirləndirilən Novruz Məmmədovun şikayəti qismən təmin edilib və onun cəzası 12 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.
Hacı Zeynalov