22 Sentyabr 2014 15:45
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Yevlax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Natiq Həsənov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Səməd Ələsgərov həbs edilib. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.

Səməd Ələsgərov deyib ki, Natiq Həsənovla aralarında şəxsi münasibətlər zəminində dava düşüb. Onun sözlərinə görə, dava zamanı Natiq Həsənovu bıçaqlayıb. O, törətdiyi əməldən peşman olduğunu deyib. Səməd Ələsgərov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: