Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 19 sentyabr 2014-cü il tarixində Yuxarı Şirvan kanalının Göyçay rayonu ərəzisindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Rəsulov Fuad Faiq oğlunun axtarışları başa çatıb.
Teleqraf.com Fövqəladə Hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fuad Rəsulovun cəsədi batdığı yerdən 1000 metr aralıda (ən yaxın xilasetmə məntəqəsindən təxminən 60 km aralı, nəzarət olunmayan ərazidə) “Aran” dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
İlhamə