1 Yanvar 2020 09:19
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Hüseyn Nağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası yanvarın 9-na təyin olunub.

İttihama görə, hadisə 2019-cu ilin sentyabrında baş verib.

Tovuz rayon sakini Mətanət Məmmədova (ad və soyad şərti verilib – red.) hüquq-mühafizə orqanlarına müraciət edərək qızı Samirənin Hüseyn adlı şəxs tərəfindən qaçırıldığını bildirib.

Araşdırmalar zamanı məlum olub ki, 23 yaşlı Hüseyn Nağıyev Samirəni qaçırmazdan əvvəl qısqanclıq zəminində qızın tanışı, Lerik rayon sakini, 40 yaşlı Arzu Nəcəfova 4 bıçaq zərbəsi endirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Hüseyn Nağıyev tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Hüseyn Nağıyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər