22 Sentyabr 2014 17:46
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda “KAMAZ” markalı yük avtomobili digər yük avtomobili ilə toqquşub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə, “KAMAZ” markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İlhamə


Müəllif:

Oxşar xəbərlər