Siyəzən rayonunun Yenikənd kəndi ərazisində bazar ertəsi piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un Regional TV-yə istinadan verdiyi məlumata görə, Yenikənd kənd sakini 1937-ci il təvəllüdlü Həsənağa Xələfov “Vaz 21 09” markalı avtomobil tərəfindən vurulub.
O, təcili tibbi yardım əməkdaşları tərəfindən Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən araşdırma aparılır.