23 Sentyabr 2014 08:41
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcəbədidə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Təzəkənd kəndində (rayon mərkəzindən 17 km aralı) "VAZ" markalı 2 minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdi. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin ağır bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən 3 nəfərin cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.


Müəllif: