Göyçay rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Göyçay rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki tövlədə özünü asaraq ölüb.
O, 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov