Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.
Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.