9 Yanvar 2020 14:29
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda tələbəni öldürməyə cəhddə təqsirli bilinən Vüqar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İtttihama görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində Vüqar Hüseynov 18 yaşlı Mirşəhram Lətifini bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, “Odlar Yurdu” Universitetinin ikinci kursunda oxuyan Mirşəhram Lətifi tələbə yoldaşı Nurlandan 300 manata “iPhone 6” markalı telefon alıb. Telefonun pulunun yarısını əvvəlcədən, yarısını isə iki ay ərzində ödəniləcəyi ilə bağlı öz aralarında razılığa gəliblər.

Lakin Mirşəhram telefondan istifadə edərkən “iCloud” funksiyasının işləmədiyini görüb və Nurlana deyib ki, bu funksiyanı təmin etsin, əks təqdirdə telefonun heç bir əhəmiyyəti qalmır. Bu səbəbdən pulun qalan hissəsini telefonun təmirindən sonra verəcəyini bildirib.

Nurlansa cavabında “iCloud” funksiyasının işləyib-işləməməsindən asılı olmayaraq məbləğin hamısını zorla Mirşəhramdan alacağı ilə hədələyib.

Onların arasında mübahisə böyüyüb. Mübahisə zamanı gənclərin yanında Nuralının qohumu Vüqar Hüseynov da olub. Mübahisə zamanı Vüqar Hüseynov Mirşəhramı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Vüqar Hüseynovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər