Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qatilinin saxlanılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bunu Teleqraf.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
Qeyd edək ki, bu gün mətbuatda Nərmin Quliyevanın qatilinin saxlanılması və onun Nərminin yaxın qohumlarından biri olduğu barədə məlumat yayılıb.