23 Sentyabr 2014 11:34
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Bakı Beynəlxalq Avtovağzalının qarşısında qeydə alınıb.

Bakı Beynəlxalq Avtovağzalının qarşısında 1990-cı il təvəllüdlü Səfa Qeybullayev idarə etdiyi “Daewoo” markalı avtobusla 1970-ci il təvəllüdlü Mütəllim Qənbərovu vurub.

Nəticədə Mütəllim Qənbərov aldığı xəsarətdən hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: