11 Yanvar 2020 18:29
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 8-də Ehtiram Hüseynov “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, “102” Zəng Mərkəzinə daxil olmuş müraciət aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.

Ehtiram Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir.

Şəki Şəhər-Rayon Polis Şönəsinə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.

E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər