Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Şəmkir rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Əliağa Mövsümov naməlum şəxslər tərəfindən döyülüb. Bədən nahiyyələrindən müxtəlif xəsarətlər alan Əliağa Mövsümov rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov