Quba rayonu Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqla kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb.
Şübhəli şəxs əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunub.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Coşqun Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.