23 Sentyabr 2014 12:49
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyini Ağcabədi rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, hadisə sentyabrın 23-də, saat 02 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. Zərdab rayon sakini Şəmistan Əzizovun və Bərdə rayon sakini Əvəzxan Salmanovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

Ş.Əzizovun sərnişinləri - Zərdab rayon sakinləri Vüqar Babayev, Rasim Əzizov, Ülfət Eminov və Bəhruz Quliyev hadisə yerində ölüb, hər 2 sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: