Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.