15 Yanvar 2020 21:00
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda həyat yoldaşı ilə mübahisə edən kişi xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında Ləkit kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1985-ci il təvəllüdlü Fərrux Əliyev yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edən zaman xəsarət alıb. Döş qəfəsinin kəsilmiş yarası ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olan F.Əliyevə yardım göstərilib, kəsilmiş yaraya tikiş qoyulub və ambulator müayinə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər