Şamaxı rayonunda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Nəbi İsmayılova cinayət işi açılıb.
Teleqraf.com xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Nəbi İsmayılov rayon sakini, 14 yaşlı Aydan Səmədova (ad və soyad şərti verilib – red.) ilə cinasi əlaqədə olub.
Nəbi İsmayılovun barəsində cinayət işi baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Etibar Hümbətovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 22-nə təyin olunub.