18 Yanvar 2020 16:04
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 24-nə təyin edilib.

Həmin prosesdə Şəmil Abdullayevin cinayət işi üzrə ifadə vercəyi gözlənilir.

İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayon Fatmayi qəsəbəsində baş verib. 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.

Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.

Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Səbinə ailə hayətı qurduqdan sonra Ağstafa rayonunda yaşayırmış. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsində öz yanlarında saxlayıblar.

Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.

Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən günü qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.

Səbinə Atababayeva valideynlərinin təkidi ilə ərə verilib.

İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov