Daxili İşlər Nazirliyi Gəncədə avtomat silahla gəzən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılaraq Polis İdarəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd üzərində “Makarov” sözü yazılan, qaz tapançası aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
12:29
Gəncə şəhərində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Mərdanov həbs edilib.
Ondan qaz tapançası götürülüb.
Davam etdirilən tədbirlərlə onun evindən isə “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Osman Mərdanovun kriminal aləmlə əlaqəsi olduğu bildirilir.