21 Yanvar 2020 12:42
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları paytaxtda əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Mayılovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini N.Nəsirovun idarə etdiyi “Daewoo” markalı avtomobildən “Steçkin” markalı avtomat-tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov