22 Yanvar 2020 15:08
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun “Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.

Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da və 8-də V.Cəfərovun və S.Soltanovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılıb.

Daha iki əməliyyat Qaradağ rayonunda keçirilib.

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilib.

Bundan başqa, 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon ərazisindəki 4 evdən 270 manat, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Abasov və N.Məmmədov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər