Azərbaycanda ötən il Daxili İşlər Nazirliyinin "102" xidmətinə nə qədər cinayət qeydə alınması açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ötən ilin yekunlarına darir keçirilən kollegiya iclasında bildirib.
Məruzəçi "102" Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin "isti izlərlə" açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, "Təhlükəsiz şəhər" sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb.