23 Yanvar 2020 10:26
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava nəticəsində iki nəfəri bıçaqlamaqda ittiham olunan 1994-cü il təvəllüdlü Ramin Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abbasovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Zakir Bağırov qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ədalət Muxtarov ilə mübahisə edib.
Mübahisə davaya çevrilib və Ədalət Muxtarov üzərində gəzdirdiyi bıçaqla Zakir Bağırovun döş qəfəsinə zərbə endirib.

Bu zaman hadisə yerində olan Zakir Bağırovun qaynı Ramin Abbasov Ədalət Muxtarovu bıçaqlayıb, daha sonra sonunucunun qardaşı oğlu Məhəbbət Muxtarova isə xəsarət yetirib.

Hər iki şəxs 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İstintaq orqanı tərəfindən Ramin Abbasovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Ədalət Muxtarovun əməlində də cinayət tərkibi olduğu üçün onun barəsində cinayət işi ayrıca icraata götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər