Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 23-də, saat 21:30 radələrində B.Nuriyev küçəsində qeydə alınıb. Həmin küçədə yaşayan Mehdi Qasımov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Etibar Mehdiyev Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov