Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını kilidini açaraq daxil olublar.
Mənzildə nəzarətsiz qalmış iki azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
İlhamə