Nəsimi rayon Məhkəməsində azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 18 yaşlı Ayxan Hacıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu ərazisində Ayxan Hacıyev 6 yaşlı Seymura (ad şərti verilib) qarşı əxlaqsız hərəkətlər edib. Azyaşlının təcavüzə məruz qalması ilə bağlı anası Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib.
Ana bölməyə şikayətində bildirib ki, iyulun 5-də saat 21 radələrində Nəsimi rayonu Alı Mustafayev küçəsi 30 ünvanında onun oğlu Seymur 18 yaşlı Bakı sakini Ayxan Hacıyev tərəfindən təcavüzə məruz qalıb. Ananın şikayəti əsasında Ayxan Hacıyev həbs edilib.
Ayxan Hacıyevə Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham olunub. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ayxan Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov