28 Yanvar 2020 12:58
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbəsində yaşayan E.Nərimanovun evindən 33 qramdan artıq tiryək və 5 kiloqram 662 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov