Bakının Nizami rayonu ərazisində oğurluq edən qadın həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Surayə Hacıyevanın çantasından 350 manat oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşı Əfsanə Məmmədova tutulub.
Hacı Zeynalov