Abşeron rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının Xırdalan şəhəri ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev həbs edilib.
Onun kirayədə yaşadığı evdən 140 qrama yaxın heroin, 32 qrama yaxın metamfetamin, 2 qrama yaxın marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.