1 Fevral 2020 14:15
2 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda azyaşlı qıza təcavüzdə ittiham olunan Tacir Rüstəmova cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, istintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Tacir Rüstəmov rayon ərazisində 15 yaşlı Səbinə Məmmədova (ad və soyad şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Cinayət işi baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Günay Cavadovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 6-a təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər