3 Fevral 2020 13:01
307

Bakının Binəqədi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini H.Yunusovdan “Baykal MP 654 K” markalı pnevmatik tapança aşkar edilərək götürülüb.

Bundan başqa, Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Z.Kərimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança və 3 ədəd patron aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov