7 Fevral 2020 12:02
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Əfqan Aslanov və Bilal İsmayılovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hər iki təqsirləndirilən şəxsin şikayətləri təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxslər apelyasiya şikayətləri veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulublar və təlimlərdə iştirak ediblər.

Hər iki şəxs 2019-cu ildə həbs edilib.

Təqsirləndirilən şəxslər Suriyaya getdiklərini etiraf edib, ancaq döyüş və təlimlərdə iştirak etmədikləri bildiriblər.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər