İsraildə Azərbaycan vətəndaşı qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, hadisə ötən gün Tel-Əvivlə Ramat-Qan arasındakı Volfson parkında baş verib.
Qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə İsrailə köçüb və orada fəhlə işləyib.
İsrail polisi faktı təsdiqləyib. Qətllə bağlı araşdırma aparılır.