Bakı şəhər sakininin pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.