1 May 2014 18:19
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər sakini oğurladığı avtomobillə yol qəzası törədib. Bu barədə Teleqraf.com-a Mingəçevir şəhər Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 30-da Mingəçevir şəhərinin ərazisindən baş verib. Şəhər sakini Mübariz Allahverdiyevə məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb.

Avtomobil həmin gün Təbriz küçəsində dirəyə vurulmuş vəziyyətdə tapılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Rövşən Alqayıdov tutulub.

Hacı Zeynalov


Müəllif: