Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də 22 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 7 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 6 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.