Nizami rayonu ərazisində intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nizami rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Qara Qarayev küçəsi 69 ünvanında yerləşən “Xəzər” klinikasında baş verib. Klinikanın baş həkiminin müavini Nəbiullah Heydərli iş otağının qapısının çərçivəsindən iplə özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar olunub. Baş həkimin müavinin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov