Gürcüstanda körpəsini 13 min dollara satmaq istəyən ana və onunla əlbir olan 6 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Verilən açıqlamada saxlanılanlar arasında 2 həkimin və daha əvvəl də eyni cinayətə görə həbs olunan 1 nəfərin də olduğu bildirilib. İstintaq zamanı məlum olub ki, sözügedən şəxslər körpəni satdıqdan sonraq pulu öz aralarında bölməyi planlaşdırıblar.
Araşdırma davam etdirilir. Saxlanılan 7 nəfərin 14-17 il arası həbs cəzası alacağı gözlənilir.