Meksikada 25 yaşlı qadın əri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, paytaxt Mexiko şəhərində İnqrid Eskamilla Varqas adlı gənc qadın əri tərəfindən boğazı kəsilərək öldürülüb.
Cinayətkar ər arvadını öldürdükdən dərisini soyub. Daha sonra isə daxili orqanlarını çıxarıb. Bundan sonra da cəsədi hissələrə ayırıb.
Vəhşi cinayət hadisəsi Meksika xalqını ayağa qaldırıb. Ölkə mətbuatında bu hadisə gündəmə çevrilib. İnsanlar küçələrə axışaraq etiraz aksiyası keçirməyə başlayıblar.
İnsanlar mərhumənin evinin önünə gül dəstələri düzüblər.
Cani həbs edilib. Araşdırma aparılır.