14 Fevral 2020 14:36
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bir gündə iki əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 12 qram, evindən isə 532 qram tiryək aşkar edilərək götürülüb.

Bundan başqa, Gəncənin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 446 qram marixuana aşkar edilib.

Hər iki faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov