Bakının Nizami rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə H.Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini Hikmət Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Xəstəxanaya yerləşdirilmiş H.Məmmədovun sərnişini Fərid Əzizov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov