Bakıda arvadını bıçaqlamaqda ittiham olunan Rafail Tanrıverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən il oktyabrın 25-də 1983-cü il təvəllüdlü Mənzərə Tanrıverdiyevanın kəsilmiş-deşilmiş xəsarətlə müalicə müəssisəsinə yerləşdirilməsi faktı ilə əlaqədar dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
İstintaq müəyyən edib ki, qadını ailə münaqişəsi zəminində həyat yoldaşı Rafail Tanrıverdiyev bıçaqlayıb. O, həbs edilib.
İstintaq orqanı tərəfindən Rafail Tanrıvediyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.