Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə sentyabrın 25-nə keçən gecə Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 23 yaşlı Polad Xasayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polisin keçirdiyi əməliyyat nəticəsində Polad Xasıyevin qonşusu Şahmurad Səmədov tərəfindən bıçaqlandığı məlum olub. Şahmurad Səmədov 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Polad Xasayev tanışları ilə toydan qayıdırmış. Bu zaman o, uca səslə danışıb və onun uca səslə danışmasına Şahmurad Sənədov iradını bildirib. Buna görə də onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətlə nəticələnib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov