17 Fevral 16:20
311

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov saxlanlıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Neftçala rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yenikənd kənd sakini Z.Nağıyev saxlanlıb.

Ondan 445 qram marixuana aşkar edilib.

Daha bir əməliyyat Kürdəmir rayonunda keçirilib.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının əld edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini F.Şirəliyev tutulub.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Köhünlü kənd sakini, əvvəllər məhkum olunmuş S.Mikayılov da müəyyən edilərək saxlanılıb.

S.Mikayılovun yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan paslanmış vəziyyətdə “İJ” markalı ov tüfəngi və 6 ədəd patron, həyətyanı sahəsindən isə torpağa basdırılmış, çəkisi 5,6 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov