18 Fevral 2020 11:02
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Xəyyam Sənəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, Xaçmaz rayonunun Qədmalıqışlaq kəndində 1992-ci il təvəllüdlü Saleh Aydəmirov həmkəndlisi Xəyyam Sənəliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Saleh Aydəmirov Xəyyam Sənəliyevi söyüb.

Bundan əsəbləşən Xəyyam Sənəliyev Saleh Aydəmirova bıçaqla bir neçə zərbə vurub.

Saleh Aydəmorova xəstəxanada ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Xəyyam Sənəliyev polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq orqanı tərəfindən Xəyyam Sənəliyevin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər